Rusiya Xersonda mikroavtobusa dron zərbəsi endirdi: Ölənlər və yaralananlar var - FOTO - VİDEO

Rusiya Xersonda mikroavtobusa dron zərbəsi endirdi: Ölənlər və yaralananlar var - FOTO - VİDEO
Bu səhər (19 avqust) Rusiya Silahlı Qüvvələri Ukraynanın Xerson şəhərinin Korabelnı rayonunda mikroavtobusa dron zərbəsi endirib.
Bu barədə regional hərbi administrasiyanın rəhbəri Aleksandr Prokudin özünün "Telegram" kanalında məlumat verib.

"Bu zərbə nəticəsində 4 nəfər həlak olub. Müvafiq xidmətlər hazırda onların şəxsiyyətini müəyyənləşdirirlər. Daha 4 qadın yaralanıb və hazırda xəstəxanadadırlar. Tibb işçiləri müayinələr aparır və xəsarət alanlara bütün lazımi yardımı göstərirlər", - deyə o yazıb.

Qeyd edək ki, avqustun 19-da səhərə qədər Rusiya qoşunları Zaporojye bölgəsində 52 yaşayış məntəqəsinə 1 000-dən çox zərbə endirib.

"Cəmi bir gün ərzində işğalçılar Zaporojye bölgəsindəki 52 yaşayış məntəqəsinə 1 019 zərbə endiriblər. Zaporojye və Zaporojye rayonuna düşmən hücumu nəticəsində iki nəfər həlak olub, daha 10 nəfər yaralanıb", - deyə regional hərbi administrasiyanın rəhbəri İvan Fedorov "Telegram" kanalında bildirib.

Mənbə: oxu.az