Həbs olunması barədə xəbərlərə belə cavab verdi - Açıqlama

Həbs olunması barədə xəbərlərə belə cavab verdi -

“By Ella” ləqəbi ilə tanınan bloqer Lalə Məmmədova haqqında yayılan həbs xəbərlərinə münasibət bildirib.

Bu barədə o öz sosial şəbəkə hesabında paylaşım edib.

“Haqqımda sosial şəbəkələrdə yayılan “Türkiyədən narkotik gətirərkən tutulub” kimi yazılan xəbərlərin heç bir əsası yoxdur. Bu, açıq şəkildə yalan və böhtandır. Məni tanıyan, illərdir məni izləyən insanlar çox yaxşı bilir ki, mən belə bir şeyə nəinki qarışmaram, heç ağlımdan belə keçirmərəm. Bu günə qədər qazandığımız hər bir manatın, hər bir qəpiyin arxasında halal zəhmətimiz dayanır.

Bir şeyi də çox aydın deyim: əgər ortada belə bir cinayət faktı olsaydı, bunu sosial şəbəkədə yazılan bir-iki cümlə ilə yox, Azərbaycanın hüquq-mühafizə orqanlarının rəsmi məlumatı ilə bilərdiniz. Mənim haqqımda yazılan bu uydurmalar isə heç bir rəsmi fakta söykənmir.

Bu xəbərləri yayan və adımı bu şəkildə hallandıran səhifələr barədə artıq lazımi hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara müraciət etmişəm. Ərizələr təqdim olunub və bundan sonrakı məsələ artıq hüquqi müstəvidə həll olunacaq.

Mən heç kimə özümü sübut etmək məcburiyyətində deyiləm. Məni tanıyanlar mənə inanır, güvənir və kimin kim olduğunu çox yaxşı bilir.

Yalan yazmaq asandır. Amma hər yalanın da bir məsuliyyəti var. Bu dəfə həmin məsuliyyəti qanun qarşısında cavablandıracaqlar”, - bloqer qeyd edib.

Mənbə: qafqazinfo.az