Lənkəran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Diryan kənd sakini 1965-ci il təvəlüdlü Nuriyev İntiqam Ağarza oğlunun idarə etdiyi “Chevrolet Niva” markalı avtomobil dərəyə aşıb.
Belə ki, torpaq yolda idarəetmədən çıxan nəqliyyat vasitəsi hündürlükdən dərəyə yuvarlanıb.
Faktla bağlı Lənkəran ŞRPŞ-nin İstintaq bölməsində cinayət işi başlanıb.
Araşdırma aparılır.
Mənbə: qafqazinfo.az