Astara rayonunda ən yaxın sularda xilasetmə məntəqəsindən bir km aralı dənizdə nəzarətsiz ərazidə batan bir nəfərin şəxsiyyəti müəyyənləşib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, hazırda vətəndaş - 1990-cı il təvəllüdlü Elman Beybala oğlu Məmmədovun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.
Mənbə: oxu.az