Şəmkirdə dəhşət: 14 yaşlı faciəli şəkildə öldü

Şəmkirdə dəhşət: 14 yaşlı faciəli şəkildə öldü

Şəmkir rayonunda 14 yaşlı uşaq faciəli şəkildə ölüb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında rayonun Dağ Daşbulaq kəndində baş verib.

Kənd sakini 2012-ci il təvəllüdlü E.Cəfərov güllə yarasından ölüb. İlkin ehtimala görə, azyaşlı evdə olan qoşalülə ov tüfəngi ilə ehtiyatsız davranıb və nəticədə güllə yarasından dünyasını dəyişib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Mənbə: oxu.az