Zaqatalanın Muxax kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Qəza zamanı "Ford" və VAZ-2106 markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində 2 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər 29 yaşlı Aytac Səfərova və 39 yaşlı Abdulla Yusubovdur.
Onlar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırmalar aparılır.
Mənbə: oxu.az