Tibb bacılarına pis xəbər - İşinizi itirə bilərsiniz

Tibb bacılarına pis xəbər   -


ABŞ Qida və Dərman Administrasiyası (FDA) qan alma prosesini böyük ölçüdə avtomatlaşdıran “Aletta” adlı robotik cihazı təsdiqləyib.

Ciihaz damarları müəyyən edir, iynəni yerləşdirir və qan alma prosesini avtomatik həyata keçirir.
“Aletta” yaxın infraqırmızı işıq və Doppler ultrasəs texnologiyasından istifadə edərək uyğun damarı aşkarlayır.
Damar müəyyən edilmədikdə cihaz qan alma prosesinə başlamır.
Klinik sınaqlarda cihazın nəticələrinin təlim keçmiş tibb işçilərinin nəticələri ilə müqayisə edilə bilən və ya daha yüksək olduğu bildirilib.
Vüsalə Hüseynova

Mənbə: www.bakupost.az