Ukraynanın Krivoy Roq şəhərində ticarət mərkəzinə Rusiya pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücum nəticəsində ən azı 16 nəfər ölüb, 130-dan çox insan yaralanıb.
Dnepropetrovsk vilayətinin rəhbəri Aleksandr Qanja bildirib ki, yaralananlar arasında 22 uşaq da var.
Onun sözlərinə görə, 5-i uşaq olmaqla, 29 yaralının vəziyyəti ağırdır.
Qanja açıqlamasında iki uşaq da daxil olmaqla, 9 nəfərin itkin düşmüş hesab edildiyini bildirib. Xilasedicilər ticarət mərkəzinin dağıntıları altında qalan insanların axtarışını davam etdirirlər.
Qeyd edək ki, Krivoy Roq Ukrayna Prezidenti Volodimir Zelenskinin doğulduğu şəhərdir.



Mənbə: qafqazinfo.az