Saravan bölgəsindəki İran sərhədçiləri silahlı qrupun ölkəyə sızma cəhdinin qarşısını alıb və hücum edənlərdən birini öldürüb.
Bu barədə İran polisinin sözçüsü briqada generalı Səid Montazer əl-Mehdi açıqlayıb.
Onun sözlərinə görə, Saravan Sərhəd Mühafizə Alayının əsgərləri İrana soxulmaq və təxribat törətmək niyyətində olduğu iddia edilən silahlı qrupun hərəkətini görüblər.
Sərhədçilər qrupun yolunu kəsiblər. Bu da silahlı toqquşmaya səbəb olub. Nəticədə onlardan biri öldürülüb, digərləri isə geri çəkiliblər.
İran təhlükəsizlik qüvvələri ərazidə axtarış apararkən silah və rabitə avadanlıqları aşkar edərək müsadirə edib.
Ağarza Elçinoğlu
Mənbə: unikal.az