Xətai rayonu ərazisində - Ağ Şəhərdə zəncirvari yol qəzası baş verib.
“OUD Baku” restoranının qarşısında 8 avtomobil toqquşub. Nəticədə, “Porsche”, “Range Rover”, 2 ədəd “BMW” və digər markalı avtomobillərə ciddi zərər dəyib.
Bildirilib ki, hadisəyə idarəetmədən çıxan “BMW” markalı avtomobil səbəb olub.
Qəzada xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
Hadisə yerindən görüntüləri təqdim edirik:
Mənbə: qafqazinfo.az