Türkiyənin "Akkon Lines" şirkətinin istismarında olan "M/V RMS TEAM" konteyner gəmisinə Qara dənizdə pilotsuz təyyarə hücum edib.
Bu barədə "RİA Novosti" məlumat yayıb.
Qeyd edilib ki, zərbədən sonra gəmidə yanğın baş verib. On bir heyət üzvü xilas edilib. Lakin bir nəfər itkin düşüb və onun axtarışı davam edir.
O da vurğulanıb ki, yaxınlıqda olan bir gəmi təcili yardım çağırışına cavab verərək dənizçiləri xilas edib:
"Hadisə ilə bağlı məlumatlar müvafiq axtarış-xilasetmə xidmətlərinə ötürülüb".
Xatırladaq ki, bir müddət öncə Qara dənizdə başqa bir oxşar hadisə də baş vermişdi. Türkiyə şirkətinin idarə etdiyi "Volqo-Balt 226" gəmisi dronlarla vurulmuşdu.
Müəllif: Tural
Mənbə: publika.az