İsmayıllı rayonunda göldə iki yeniyetmə – bacı və qardaş batıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə təsərrüfat əhəmiyyətli göldə baş verib.
Bildirilir ki, yeniyetmələr ehtiyatsızlıq nəticəsində gölə düşüblər. Onlardan birinin – qızın meyiti sudan çıxarılıb.
Digər yeniyetmənin axtarışları davam etdirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.
Mənbə: qafqazinfo.az