Yaponiyanın İbaraki prefekturasında 5,9 maqnitudalı zəlzələ baş verib.
Bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Məlumata görə, zəlzələ yerli vaxtla gecə saatlarında qeydə alınıb və Kanto regionunda, o cümlədən Tokioda güclü hiss olunub.
Zəlzələ nəticəsində ölən və ya xəsarət alanlarla bağlı hələlik məlumat verilməyib.
Mənbə: qafqazinfo.az