Yaponiyada 48 yaşlı ata yeddi yaşlı oğlunu Fuci dağında tək qoyduğu üçün töhmət alıb.
Uşaq yağışlı havada, 2 000 metr yüksəklikdə skamyada oturmuş vəziyyətdə aşkarlanıb.
Məlumata görə, oğlan atası ilə birlikdə dağa qalxıb. Uşaq yorulduğunu deyib. Buna cavab olaraq ata ona "burada gözlə" deyərək yoluna davam edib.
Uşağı aşkarlayan dağ daxmasının əməkdaşları hadisə barədə polisə məlumat veriblər. Oğlanın atası uşağı tərk etdiyi yerdən təxminən üç saatlıq piyada məsafədə müəyyən edilib. Kişi oğlunun yanına qayıdaraq baş verənlərə görə üzr istəyib.
Qeyd edək ki, Fuci Yaponiyanın ən yüksək dağıdır. Dağın hündürlüyü 3 776 metrdir.
Mənbə: oxu.az