Kamçatkada köməksiz vəziyyətdə qalan Azərbaycan vətəndaşı təxliyə edilib - VİDEO

Kamçatkada köməksiz vəziyyətdə qalan Azərbaycan vətəndaşı təxliyə edilib -

Rusiya Federasiyasının Kamçatka vilayətində yağan güclü yağışlar səbəbindən çıxılmaz vəziyyətdə qalmış turist qrupunun üzvü, Azərbaycan Respublikasının vətəndaşı Tatyana Dolivets Rusiya FHN tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Bu barədə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Səhhətində hər hansı problem yoxdur.

Qeyd edək ki, vətəndaşımızın təxliyəsi Azərbaycan Respublikasının müvafiq dövlət qurumlarının diqqətində saxlanılıb.

Mənbə: apa.az