Qadın qatar yoluna düşdü - İntervalda yubanma yarandı

Qadın qatar yoluna düşdü - İntervalda yubanma yarandı

18:40 radələrində “Əhmədli” stansiyasında sərnişin (qadın) qatar yoluna düşüb.

“Operativ Media”ya istinadən xəbər verilir ki, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb, təcili tibbi yardım çağırılıb.

Sərnişinin stansiya yolundan çıxarılması üçün müvafiq tədbirlər görülüb, qatar yolundan çıxarılmış sərnişin polisə təhvil verilib.

Yüksək gərginlik bərpa edildikdən sonra qatar yola salınıb.

Hadisə ilə bağlı intervalda 9 dəqiqəlik yubanma yaranıb.

Mənbə: qafqazinfo.az