Tayvanda həyat yoldaşının xəyanətindən şübhələnən kişi qeyri-adi üsula əl atıb.
Kişi bağ evindəki robot tozsoranı mobil tətbiq vasitəsilə məsafədən işə salıb. Kamerası və səs funksiyası olan cihaz qadını başqa kişi ilə intim vəziyyətdə qeydə alıb.
Ər görüntüləri məhkəməyə təqdim edərək həyat yoldaşına və onun sevgilisinə qarşı iddia qaldırıb. Məhkəmə qadınla digər şəxsin münasibətinin adi dostluq çərçivəsini aşdığı qənaətinə gəlib və onların kişiyə 500 min Tayvan dolları təzminat ödəməsinə qərar verib.
Lakin hadisə bununla bitməyib. Qadın icazəsiz çəkiliş aparıldığına görə ərindən şikayət edib. Məhkəmə nikah münasibətlərinin şəxsi həyatın toxunulmazlığı hüququnu aradan qaldırmadığını bildirib.
Nəticədə kişi qanunsuz çəkilişə görə 5 ay müddətinə azadlıqdan məhrum edilib və 150 min Tayvan dolları məbləğində cərimələnib.
Mənbə: unikal.az