Kayak üzrə dünya və Avropa çempionu Gergely Boros 42 yaşında vəfat edib.
Bu haqda “Blikk" nəşrinin məlumat yayıb.
O, Paks şəhərindəki padel meydançasının tikinti sahəsində baş vermiş bədbəxt hadisə nəticəsində həyatını itirib. Məlumatlara görə, onun üzərinə ağır konstruksiya elementi düşüb. Polis hadisə ilə bağlı araşdırma aparır.
Qeyd edək ki, Boros 2007-ci ildə dünya çempionu olub. Bundan üç il əvvəl isə o, Avropa çempionu titulunu qazanmışdı. 2017-ci ildə peşəkar idman karyerasını başa vurduqdan sonra o, milli kanoe federasiyasında, o cümlədən rəhbər vəzifələrdə çalışıb.
Mənbə: qafqazinfo.az