Sosial şəbəkələrdə Bakının Yasamal rayonunda fəaliyyət göstərən 98 saylı uşaq bağçasına gedən uşağın analizlərinin nəticəsində qanında psixotrop dərman aşkarlandığı ilə bağlı iddialar yayılıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) APA-ya verilən açıqlamada qeyd edilən məsələ ilə bağlı BŞTİ tərəfindən müvafiq araşdırma aparıldığı bildirilib.
Qeyd edilib ki, araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edildiyi də vurğulanıb.
İddiaya görə, bağçaya gedən uşaqğın hərəkətlərində anlaşılmazlıq hiss edildikdən sonra ailəsi həkimə müraciət edib və analizlərin cavabına əsasən, onun qanında psixotrop dərman aşkarlanıb.
Mənbə: www.bakupost.az