Bu ölkə tarixində ən isti yay qeydə alındı

Bu ölkə tarixində ən isti yay qeydə alındı

Belçikada müşahidələr tarixində ən isti yay qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Belçikanın Kral Meteorologiya İnstitutu (RMI) açıqlama yayıb.

RMI-nin açıqlamasında qeyd olunub ki, iyunun 16-dək hava temperaturu mövsümi normalardan aşağı olub, lakin həmin tarixdən sonra kəskin şəkildə yüksəlib.

Açıqlamada vurğulanıb ki, 1833-cü ildə müşahidələrin aparılmasına başlanılandan bəri ilk dəfə olaraq orta yay temperaturu Selsi şkalası ilə 20 dərəcəni keçib (bu, ən isti yay kimi qeydə alınıb)

Həmçinin xatırladılıb ki, əvvəlki rekord 2018-ci ildə orta hesabla 19,9 dərəcə ilə müəyyən edilmişdi.

Mənbə: qafqazinfo.az