Böyrəyini satmaq istəyirdi - 6 min manat...

Böyrəyini satmaq istəyirdi -

Azərbaycanda böyrəyini satmaq istəyən şəxs 6000 manat cərimələnib.

Xitab24.az-a istinadən xəbər verilir ki, bununla bağlı Xətai Rayon Məhkəməsi qərar çıxarıb.
Cəriməyə məruz qalan şəxs Abşeron Rayon Məhkəməsinə müraciət edərək
cərimə icrasının 6 ay müddətinə təxirə salınması və hissə-hissə ödənilməsinə icazə verilməsinə dair qərar qəbul edilməsini xahiş edib.
Hazırda Ali Məhkəmənin baxışında olan cinayət işi üzrə məhkəmələr onu orqan, yəni böyrək alqı-satqısına cəhd etməkdə təqsirli biliblər.
Qərardan şikayət verən Valeh Qasımov (ad-soyad şərtidir) bildirib ki, məntiqlə düşünəndə 6000 manat cərimə ədalətsizdir:
“Tutaq ki, məhkəmə məni təqsirli bilməkdə haqlı olub. Əgər maddi sıxıntılara görə böyrəyimi satmaq istəmişəmsə, cəriməni necə ödəyəcəm? Yenidən böyrəyimi satacam?”
Şikayətçi bildirib ki, himayəsində bir azyaşlı uşağı var, yarımştat əmək müqaviləsi ilə fəaliyyət göstərir. O aldığı əmək haqqının yarısının “Kapital Bank”a olan kredit borcuna yönəldiyini bildirib.
Valeh Qasımov sonradan məhkəməyə ərizə ünvanlayaraq şikayəti ilə bağlı təkrar müraciət edəcəyini bildirib. O, hazırki ərizənin baxılmadan geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Hakim Abusət Qasımov şikayətçinin ərizəsini təmin edib.

Mənbə: www.bakupost.az