Bakıda evini satmaq istəyən kişi oğlu tərəfindən döyülüb.
Haadisə paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib.
Belə ki, 1988-ci il təvəllüdlü Elman Ağayev (adı və soyadı şərtidir) işdən evə gələndə eşidib ki, atası yaşadıqları evi satmaq istəyir. O bu barədə atası ilə danışıb və atası faktı təsdiqləyib. Atası bildirib ki, evi satıb İsmayıllı rayonuna köçmək istəyir. Elman atasının bu hərəkətinə etiraz edib və evi satmağa imkan verməyəcəyini bildirib. Nəticədə ata ilə oğul arasında mübahisə başlayıb və Elman atasına yumruq və təpik zərbələri ilə xəsarətlər yetirib.
Hadisə yerinə polis əməkdaşları gəliblər və E.Ağayev saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş Sabunçu Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə ata və oğul arasında barışıq elan olunub və cinayət işinə xitam verilib.
Mənbə: oxu.az