Mariya Zaxarovanın mahnısı yayımlandı - VİDEO

Mariya Zaxarovanın mahnısı yayımlandı  -

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın sözlərinə yazılmış “Vzletaem na qrozu” (“Fırtınaya uçuş”) mahnısı musiqi platformalarında yayımlanıb.

Bu barədə o, Teleqram kanalında məlumat verib.
“Mahnı yayımlandı! İyunun 12-də - Rusiya Günündə “Lujniki”də prodüser Maks Fadeyevlə birlikdə hazırladığımız “Vzletaem na qrozu” mahnısının premyerası baş tutdu. Mahnının nə vaxt yayımlanacağı ilə bağlı çoxsaylı müraciətlər olurdu. Nəhayət, yayımlandı” - Zaxarova yazıb.
Diplomat bundan əvvəl bildirmişdi ki, “Vzletaem na qrozu” qəhrəmanlar dövrünə, çətinliklərin öhdəsindən gəlmək bacarığına və çətinlik qarşısında təslim olmamağa həsr olunub. Mahnını Roman Mixrabi ifa edib.

Mənbə: www.bakupost.az