Coşqunun yaxın günlərdə toyu olacaqmış...

Coşqunun yaxın günlərdə toyu olacaqmış...

Dünən “Şəki yaylası”nda istirahət-əyləncə mərkəzindəki faciəvi hadisədə həlak olan 31 yaşlı Coşqun Məmmədov Vətən müharibəsi iştirakçısı imiş.

“zipline” xəttində baş vermiş hadisədə həyatını itirən gəncin yaxınları onun nişanlı olduğunu bildiriblər.

Məlumata görə, mühafizə şirkətində çalışan Coşqunun bu ayın sonunda toyu olacaqmış.

Qeyd edək ki, dəhşətli hadisədə həlak olan digər gənc – Ucal Bayramovun ötən ilin 7 sentyabr tarixində ailə həyatı qurduğu, dünən “Şəki yaylası”na evliliyinin 1-ci ildönümünü qeyd etmək üçün getdiyi bildirilib.

Mənbə: qafqazinfo.az