Norveç şahzadəsi Astrid Mod İngeborq qardaşı V Kral Haraldın ölümündən düz iki həftə sonra, 94 yaşında vəfat edib.
Bu barədə kral evinin mətbuat xidməti məlumat yayıb.
"Şahzadə Astrid bu gün 94 yaşında vəfat edib. O, 1954-cü ildən 1968-ci ilə qədər - 14 il ərzində birinci xanım olub və son günlərinə qədər rəsmi tədbirlərdə iştirak edib", - deyə bildirilib.
Şahzadənin ölüm səbəbi açıqlanmır.
Qeyd edək ki, Norveçdə "birinci xanım" termini kral ailəsinin ən yaşlı xanım üzvünə aiddir. Astrid 1954-cü ildə anası Şahzadə Martanın ölümündən sonra birinci xanım olub. 1968-ci ildə qardaşı Harald evləndikdən (Sonya ilə) sonra, “birinci xanım” titulunu onun həyat yoldaşı daşımağa başladı.
Mənbə: www.bakupost.az