Bakıda ağır qəza - Qadını vurdu, sonra “Prius”a çırpıldı

Bakıda ağır qəza -

Bakıda avtomobil piyadanı vurub.

Lent.az-a istinadla xəbər verilir ki, hadisə Sabunçu rayonunda baş verib.
Namik Natiq oğlu Şahverənov idarə etdiyi “Mersedes-Benz” markalı avtomobillə Ramıla İldırım qızı Seydicanovanı vurub. Daha sonra “Toyota Prius” markalı avtomobilə çırpılıb.
Nəticədə R.Seydicanova aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı cinayət işi başlanıb.

Mənbə: www.bakupost.az