“Əlimizin içini iyləməliydik ki, bunlar reys dəyişdirir?” - “Fly Dubay” uçuş saatını dəyişib?

“Əlimizin içini iyləməliydik ki, bunlar reys dəyişdirir?” - “Fly Dubay” uçuş saatını dəyişib?

“Fly Dubay” ilə uçuşu olan Azərbaycan vətəndaşı onlara xəbərdarlıq edilmədən uçuş saatının dəyişdiyini bildirir.

Şikayətlə bağlı Sona Kərimova müraciət edib.

Onun sözlərinə görə, biletdə uçuş saatının 18:20 olmasına baxmayaraq, təyyarə 17:20-də uçub.

“Bileti 1 ay öncə almışıq. Hava limanına müraciət etdik, bizə deyildi ki, “problemi “Fly Dubay” ilə həll edin, bizlik deyil, bileti dəyişə bilmərik”.

Bileti aldığımız xanıma da bildirdik, o dedi ki, uçuş vaxtının dəyişməsi ilə bağlı “Fly Dubay”dan heç bir məlumat almayıblar.

Düzü, həmin 1 ay ərzində yoxlamamışdıq. Əlimizin içini iyləməliydik ki, bunlar reys dəyişdirir?”, - S. Kərimova qeyd edib.



Mənbə: qafqazinfo.az