Alyaskada güclü zəlzələ oldu

Alyaskada güclü zəlzələ oldu

Alyaska sahillərində 6,3 bal gücündə zəlzələ baş verib.

Bu haqda ABŞ Geoloji Xidməti məlumat yayıb.

İlk təkanlar Nikolski yaşayış məntəqəsindən 167 km qərbdə qeydə alınıb. Zəlzələnin episentri 83 km dərinlikdə yerləşib.

Hələlik xəsarət alanlar və ya dağıntılar barədə məlumat yoxdur.

Mənbə: qafqazinfo.az