Fatimənin adından dələduzluq - VİDEO

Fatimənin adından dələduzluq - VİDEO

Bir neçə vaxtdır məşhurlardan müxtəlif yollarla pul almağa çalışan dələduzların növbəti hədəfi bu dəfə rəqqasə Fatimə Fətəliyeva olub.

Sənətçi bu barədə sosial şəbəkədə paylaşım edib:

"Əziz izləyicilərim, dostlarım, tanıdığım və məni tanıyan insanlar. Buradan sizə səslənirəm ki,adımdan istifadə edən dələduzlar çoxalıb. Birdən mənim adımdan sizə müraciət etsələr ki, pul lazımdır, inanmayın və bilin ki, o mən deyiləm".


Mənbə: unikal.az