Sumqayıtın 17-ci mikrorayonunda qanlı mübahisə: Yaralanan var

Sumqayıtın 17-ci mikrorayonunda qanlı mübahisə:

Sumqayıt şəhərində iki nəfər arasında mübahisə qanla nəticələnib.

“Teleqraf.az”a istiandla xəbər verilir ki, hadisə şəhərin 17-ci mikrorayonunda baş verib.

Hadisə zamanı 1952-ci il təvəllüdlü Abdullayev Əli Alpənah oğlunun aralarında yaranmış münaqişə zəminində 1958-ci il təvəllüdlü İmanov Tofiq İskəndər oğluna kəsici alətlə xəsarət yetirdiyi bildirilir.

Yaralı şəxs xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Ə.Abdullayev müəyyən olunaraq saxlanılıb. Araşdırmalar aparılır.

Mənbə: bizim.media