Xəzər dənizində Qazaxıstanın Manqistau vilayətindəki təlimlər zamanı həlak olan hərbi qulluqçuların sayı 14-ə çatıb.
Bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə yerində axtarış əməliyyatı başa çatıb.
Qeyd edək ki, sentyabrın 24-də hərbi qulluqçular Xəzər sahilində döyüş təlimi keçirirdilər. Qazaxıstan Müdafiə Nazirliyinin məlumatına görə, təlim zamanı hava kəskin şəkildə pisləşib və külək güclənib, nəticədə dəniz dalğaları bir qrup hərbçini dənizə aparıb.
Mənbə: bizim.media