İranda avtobus qəzası: 11 nəfər öldü, 24 nəfər yaralandı

İranda avtobus qəzası: 11 nəfər öldü, 24 nəfər yaralandı

İranda sərnişin avtobusunun aşması nəticəsində 11 nəfər ölüb, 24 nəfər yaralanıb.

Hadisə Tehranın cənub-qərbində, Saveh şəhəri yaxınlığında baş verib.

Məlumata görə, Tehrana hərəkət edən sərnişin avtobusu Saveh-Həmədan avtomobil yolunda aşıb.

Qəza nəticəsində 11 nəfər həyatını itirib, 24 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

İlkin məlumata əsasən, hadisəyə sürücünün yorğunluğu və yuxulaması səbəb olub. Qəzanın digər detalları və avtobusun istiqaməti ilə bağlı məlumatlar araşdırılır.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Mənbə: news.milli.az