Kəngərlidə ölümlə nəticələnən yol qəzası baş verdi

Kəngərlidə ölümlə nəticələnən yol qəzası baş verdi

Kəngərlidə avtomobilin aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "Logan" markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində 1977-ci il təvəllüdlü Əsgərov Sadiq Fərrux oğlu həyatını itirib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

Mənbə: publika.az