Pakistanda azərbaycanlı qadına qarşı DƏHŞƏT - Üç kişi tərəfindən zorlandı

Pakistanda azərbaycanlı qadına qarşı DƏHŞƏT -

Pakistanın Lahor şəhərində polis 20 yaşlı Azərbaycan vətəndaşının qrup şəklində cinsi zorakılığa məruz qalması ilə bağlı ərizəsindən sonra cinayət işi açıb.

Pakistan mediasına istinadən xəbər verilir ki, gənc qadın biznes məsələləri ilə bağlı təxminən iki həftə əvvəl Pakistana gəlib.

O, polisə verdiyi şikayət ərizəsində bildirib ki, iki qadın ona yaxınlaşaraq birlikdə şam yeməyi təklif ediblər. Onlar kafeyə yollanıblar və orada üç kişi də onlara qoşulub.

Daha sonra həmin şəxslər onu maşınla mənzil başına çatdırmağı təklif ediblər, lakin sonradan naməlum bir ünvana aparıblar. Zərərçəkmişin sözlərinə görə, burada ona tərkibində naməlum, şüuru zəiflədən maddə olduğu ehtimal edilən içki verilib. Bundan sonra üç kişi ona qarşı cinsi zorakılıq törədib.

Qadının ifadəsinə əsasən, zorakılıq gecə boyunca davam edib. Bundan sonra şübhəlilər onu hava limanının yaxınlığında maşından düşürüb ərazidən uzaqlaşıblar. Həmçinin qadının iki bahalı mobil telefonunun oğurlandığı qeyd edilir.

Məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən bütün şübhəlilərin şəxsiyyəti artıq müəyyən edilib və cinayətin törədilməsində istifadə olunduğu ehtimal edilən avtomobili müsadirə olunub.

Hazırda istintaq davam edir və hüquq-mühafizə orqanları şübhəlilərin saxlanılması üçün axtarış tədbirləri həyata keçirir.

Mənbə: oxu.az