Qax Rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat zamanı külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb.
“Qafqazinfo” xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə H.Həsənov və A.Qurbanov saxlanılıblar. Onlardan 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.
Saxlanılan şəxslər narkotik vasitələri satmaq məqsədilə əldə etdiklərini bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Mənbə: qafqazinfo.az