Avtomobilin vurduğu 13 yaşlı məktəbli xəstəxanada vəfat etdi

Avtomobilin vurduğu 13 yaşlı məktəbli xəstəxanada vəfat etdi

Sentyabrın 30-da Quba-Xaçmaz yolunun rayonun Bəhrəli qəsəbəsindən keçən hissəsində baş verən qəzada ağır yaralanan 8-ci sinif şagirdi,13 yaşlı Gülay Pirməmmədova Bakıdakı xəstəxanaların birində dünyasını dəyişib.

Məktəbə gedərkən «Opel» markalı avtomobillə vurulan məktəbli Bakıya aparılmışdı və koma vəziyyətində idi. Həkimlərin səylərinə baxmayaraq, Gülay Pirməmmədova xəstəxanada keçinib.

Faktı Quba rayon polis şöbəsinin istintaq bölməsi araşdırır.

Mənbə: bizim.media