O dünyaya 15 dəqiqəlik səfər - Ölüb-dirilən gənc elə şeylər danışdı ki...

O dünyaya 15 dəqiqəlik səfər - Ölüb-dirilən gənc elə şeylər danışdı ki...

Böyük Britaniyada 19 yaşlı gənc narkotik qəbulundan sonra insult keçirib və ürəyi 15 dəqiqə dayanıb.

Xarici mətbuata istinadən xəbər verilir ki, o, həmin an yaşadığı hissləri açıqlayıb.

“Ağ işığı və ya buna bənzər heç nə yox idi. Daha çox boşluq idi. Heç kim, heç nə yox idi. Hətta öldüyümü də dərk etmirdim”, - gənc bildirib.

Onun sözlərinə görə, hadisə zamanı 17 yaşlı qardaşı təcili yardım çağırıb və həkimlər gələnə qədər ona kömək etməyə çalışıb. Gənc həmin vaxt qara rəngli maddə qusduğunu, lakin onun yenidən tənəffüs yollarına düşdüyünü deyib.

Hadisə yerinə çatdıqdan sonra həkimlər britaniyalı gəncə bir neçə dəfə iynə vurmağa çalışıblar. Yalnız uğurlu inyeksiyadan sonra onun nəbzi normallaşıb. Daha sonra o, təxminən dörd həftə komada qalıb.

Mənbə: publika.az