Səudiyyə Ərəbistanının paytaxtında güclü partlayış baş verdi

Səudiyyə Ərəbistanının paytaxtında güclü partlayış baş verdi

Ər-Riyad hava limanında güclü partlayış baş verib.

Bu barədə "Reuters" agentliyinin hadisə şahidinə və vəziyyətlə tanış mənbələrə istinadla məlumat yayıb.

Sentyabrın 8-də Səudiyyə Ərəbistanının paytaxtındakı hava limanı artıq hücuma məruz qalıb. Həmin vaxt “Ənsar Allah” üsyançı hərəkatının husiləri ballistik raketlə zərbə endiriblər. Nəticədə Səudiyyə Ərəbistanının dövlət aviaşirkəti "Saudia"nın pilotu ağır xəsarətlər alıb, bir təyyarəyə ziyan dəyib. Bundan əvvəl isə hava limanı pilotsuz uçuş aparatları ilə hücuma məruz qalıb.

Bölgədə gərginlik iyulun ortalarında, Yəmənin hökumətyönlü qüvvələrinin husilərin nümayəndə heyətini İrandan gətirən təyyarənin Səna hava limanına enişi zamanı hava limanına hücum etməsindən sonra başlayıb. Husilər baş verənlərə görə Səudiyyə Ərəbistanını günahlandıraraq ona müharibə elan ediblər. Həmin vaxtdan tərəflər mütəmadi olaraq bir-birinə zərbələr endirirlər.

Hüseyn İbadlı

Mənbə: publika.az