Bakının mərkəzi prospektində güclü yanğın başlayıb

Bakının mərkəzi prospektində güclü yanğın başlayıb

Bakının Xətai rayonunda yanğın başlayıb.

Hadisə 8 Noyabr prospektində baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində taxta və təkər tullantıları yığılmış sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Mənbə: oxu.az