Bakı-Qazax yolunda qəza, 5 yaralı - Fotolar

Bakı-Qazax yolunda qəza, 5 yaralı -

Bakı-Qazax yolunda qəza baş verib.

Hadisə Bakı-Qazax magistral avtomobil yolunun Goranboy rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, “Chevrolet” markalı avtomobillə “VAZ 2107” markalı maşın toqquşub.

Qəza zamanı beş nəfər - Samir Abdullayev (1998), Elxan Nəsibov (1999), Röyal Məmmədov (1988), S. Bayramov (2024) və daha bir nəfər xəsarət alıb. Yaralılar xəstəxanalardan birinə yerləşdirlib.

Faktla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev


Mənbə: qafqazinfo.az