Qaxda şagird məktəbdə xəsarət aldı - Sinif yoldaşı şübhəlidir

Qaxda şagird məktəbdə xəsarət aldı -

Qaxda məktəbdə şagird sinif yoldaşına xəsarət yetirib.

Bu gün rayonun Əmran Cabbaroğlu adına Zəyəm kənd tam orta ümumtəhsil məktəbində IX sinifdə təhsil alan 2 şagird arasında tənəffüs zamanı baş vermiş mübahisə məktəblilərdən birinin xəsarət alması ilə nəticələnib.

Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib ki, hadisə ilə bağlı dərhal təcili tibbi yardım xidmətinə, hüquq-mühafizə orqanlarına və şagirdlərin valideynlərinə məlumat verilib.


Təcili yardım xidmətinin əməkdaşları tərəfindən xəsarət almış şagirdə məktəbdə ilkin tibbi yardım göstərilib, daha sonra o, müvafiq tibb müəssisəsinə yönləndirilib.

Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb, ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır.

Mənbə: bizim.media