Azərbaycan vətəndaşı Türkiyədə bədbəxt hadisənin qurbanı olub.
Hadisə Bursa şəhərində qeydə alınıb.
İlkin məlumata görə, Ağdam rayon sakini, 26 yaşlı Vüsal Nəbiyev işlədiyi müəssisədə dəmirüyüdən aparata düşüb. O aldığı xəsarətlərdən dünyasını dəyişib. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.
Mərhum artıq Azərbaycana gətirilərək dəfn olunub.
İqbal Ziya
Mənbə: oxu.az