Traktorla 13 yaşlı velosipedçini vurub öldürdü

Traktorla 13 yaşlı velosipedçini vurub öldürdü

Neftçala rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə oktyabrın 22-si Neftçala-Salyan avtomobil yolunun rayonun Həsənabad qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Həsənov Fərhad Kamil oğlu idarə etdiyi traktorla velosipedlə hərəkətdə olan 2013-cü il təvəllüdlü Əsədli İbrahim Amil oğlunu vurub. Nəticədə, o aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Mənbə: www.bakupost.az