Qəzada yaralanan kişi bir həftə sonra öldü

Qəzada yaralanan kişi bir həftə sonra öldü

Bir neçə gün öncə Gəncənin Gülüstan qəsəbəsində baş vermiş qəzada xəsarət alan şəxs 7 gün sonra vəfat edib.

Müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilən 1961-ci il təvəllüdlü Əhliman Hüseynov müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Mərhumun nəşi artıq ailəsinə təhvil verilib.

Qeyd edək ki, hadisə oktyabrın 16-sı baş verib. Ə.Hüseynov qəzaya düşən “Niva” markalı avtomobildə olub.

Faktla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev

Mənbə: qafqazinfo.az