Ağcabədidə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb. Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, hadisə nəticəsində xəsarət alan dörd kişi oktyabrın 25-də saat 12 radələrində Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu qoyulub. Hazırda yaralıların müalicəsi xəstəxanada davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilir.
Mənbə: sia.az