Kapadokiyada “Pəri bacası” uçdu - Ölən və xəsarət alanlar var

Kapadokiyada “Pəri bacası” uçdu -

Nevşəhərin Kapadokiya bölgəsində yerləşən Göreme Açıq Hava Muzeyinin girişində bir “Pəri bacası” (qaya formasiyası) uçub.

Türkiyə KİV-ə istinadən xəbər verilir ki, uçqun nəticəsində iki nəfər həyatını itirib, beş nəfər isə xəsarət alıb.

Hadisədən sonra əraziyə tibb və axtarış-xilasetmə qrupları göndərilib.

Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb və müalicələri davam etdirilir.

Mənbə: qafqazinfo.az