Ermənistanda dəhşətli qəza: Ölənlərin sayı 9-a çatdı

Ermənistanda dəhşətli qəza: Ölənlərin sayı 9-a çatdı

Ermənistanın Uşi kəndi yaxınlığında baş verən faciəli yol qəzasında ölənlərin sayı 9 nəfərə çatıb.

Publika.az “NEWS.am”a istinadla xəbər verir ki, 3 noyabr axşamı Uşi kəndi yaxınlığındakı döngədə “Jeep Compass”, “Chevrolet Volt”, “Opel Zafira” və qoşqulu yük maşını toqquşub. Qəza nəticəsində 9 nəfər ölüb, 3ç nəfər xəsarət alıb.

Zərərçəkənlərdən birinin vəziyyəti son dərəcə ağır kimi qiymətləndirilir və reanimasiyadadır, digəri hazırda əməliyyat olunur, üçüncüsü isə lazımi müayinələrdən keçir və orta ağır kimi qiymətləndirilir.

Qurbanların adları hələlik açıqlanmayıb. “NEWS.am”ın hadisə yerində olan müxbiri ölən iki nəfərin gənc evli cütlük olduğunu aşkar edib.

Mənbə: publika.az