İranın icazə vermədiyi marşrutla Hörmüz boğazından keçmək istəyən iki tanker minaya düşərək partlayıb.
Bu barədə SEPAH məlumat yayıb.
“Bu iki tanker bütün naviqasiya və identifikasiya sistemlərini söndürərək, ABŞ-ın aqressiv, terrorçu düşüncəli silahlı qüvvələrinin dəstəyi ilə oradan keçməyə cəhd göstərdi”, – SEPAH bildirib.
Qeyd edilib ki, minalarla toqquşduqdan sonra tankerlərdə yanğın başlayıb və onlar dayanıblar.
“Həyati əhəmiyyət daşıyan su yolu bağlı qalır və İranın ABŞ-a təklif etdiyi yeddi şərt yerinə yetirilməyənə qədər heç bir dəyişiklik olmayacaq”, – SEPAH vurğulayıb.
Mənbə: konkret.az