İngiltərə futbol ictimaiyyəti Londonun yarıpeşəkar klubu "Hendon"da oynamış 26 yaşlı yarımmüdafiəçi Ezekiel Uilyamsın ölümündən sarsılıb.
Publika.az xəbər verir ki, noyabrın 2-də futbolçu Milton Keyns şəhər mərkəzində baş verən hücumda aldığı ağır xəsarətlərdən sonra xəstəxanada vəfat dib.
Qətllə bağlı cinayət işi açılıb, polis üç kişini həbs edib. Onlardan iikisi qətldə, digəri isə cinayətkara kömək etməkdə şübhəli bilinir.
“derbyderbyderby.it” saytının məlumatına görə, hücum bazar günü səhər tezdən Midsummer Bulvarında baş verib.
Mənbə: publika.az