Polşanın Krakov şəhərinin mərkəzində silahlı hücum törədən 24 yaşlı Mihal Okinskinin evində üç nəfərin - iki qadın və bir kişinin meyiti aşkar edilib.
“Polsat News” istinadən xəbər verilir ki, onların həmin şəxsin ailə üzvləri olduğu ehtimal edilir.
Qonşular ailəni adi və sakit ailə kimi təsvir etsələr də, dünənki hadisəni törədən gəncin son vaxtlar özünü qəribə və şübhəli apardığını qeyd ediblər.
Hadisə yerində istintaq tədbirləri həyata keçirilir.
Xatırladaq ki, noyabrın 7-də Krakovda silahlı insident baş verib. Avtomobili ilə meydana daxil olan şəxs nəqliyyat vasitəsindən ətrafdakı insanlara atəş açıb. Hadisə nəticəsində 6 nəfər həlak olub, 15 nəfər yaralanıb. Əvvəlcə şübhəlinin keçmiş hərbçi olduğu bildirilsə də, sonradan bu məlumat təkzib edilib.




Mənbə: qafqazinfo.az